Kokpit.az xatırladır ki, İtaliyadakı cümə sərbəst yürüşlərində McLaren sürücüləri yaxşı nəticələr qazanıblar. Xüsusən də Lando Norris…
Britaniyalı sürücü birinci sərbəst yürüşlərdə lider Ferstappendən 0.2 saniyə geri qalaraq, 3-cü yeri tutub. İkinci sərbəst yürüşlərdə isə günü lider bağlayan Həmiltona sadəcə 0.003 saniyə uduzub.
Lakin gözünü hirs bürümüş Lando Norris bu nəticələrdən də narazıdır və düşünür ki, onlar daha yaxşı nəticə əldə edə bilərdilər.
Lando Norris: “Birinci sərbəst yürüşlərdə hamıda asfaltla ilişmə az idi, amma ikinci sərbəst yürüşlərdə trasın vəziyyəti nəzərə çarpacaq formada yaxşılaşdı. Ancaq mən lazımi inkişafı edə bilməsim, çünki maşında hər şey qaydasında idi.
Məsələn, Oskar da yaxşı nəticə qazana bilərdi, amma ciddi səhv etdi və 0.4-0.5 saniyə geridə qaldı. Əgər bu olmasaydı, asanlıqla birinci yeri tuta bilərdi və üstünlüyü böyük olardı.
Üzərində işləməli olduğumuz çox şey var, amma bu sadəcə ikinci sərbəst yürüşlərdir və hal-hazırda belə inkişaf edə bilmişik.
Məncə, hamı çox yaxındır. Ferrari, Red Bull, Mercedes və biz demək olar ki, eyni səviyyədətik. Yəni ki, səkkiz maşın da çox sürətlidir. Buna görə də şənbə günü bizi çox maraqlı sıralanma turu gözləyir”.
Şərh əlavə et