Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Dövrəmdən razı deyiləm

McLaren komandasının sürücüsü Lando Norris İtaliya Qran Prisinin sıralanma turunda poul qazandıqdan sonra dövrəsindən narazı qalıb. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü İtaliya Qran Prisinin sıralanma turunda güclü performans göstərərək, komanda yoldaşını qabaqlayıb və ardıcıl ikinci poulunu qazanıb. Lakin o, poul qazandıqdan sonra radiodan komandasına dövrəsindən razı olmadığını deyib və üzr istəyib. Bundan sonra komanda ona deyib ki, sən poul qazanmısan.

Lando Norris: “Yenə də pouldayam. Bütün komandaların yaxın olduğu belə bir anda ilk iki yeri tutmaq çox təəccüblüdür. Bunu dediyim üçün məyusam, amma dövrəm yaxşı deyildi. Yenə də çox xoşbəxtəm.
Bizi asan yarış gözləmir. Təkərlər və yeyilmə barədə müəmmalı şeylər var, amma yarışı səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et