Kokpit.az xatırladır ki, Montsaya yeni asfalt qatı çəkilib və kerblər dəyişdirilib. Buna görə də təkər yeyilməsi əvvəlki illərə nisbətən fərqli olacaq və sürücülər yeni ssenariyə uyğunlaşmalıdırlar.
Karlos Sayns Ferrari-nin evi olan Montsada birinci sərbəst yürüşlərdə lider Ferstappendən 0.4 saniyə geri qalaraq 4-cü olub. İkinci sərbəsrt yürüşlərdə isə lider Həmiltondan 0.1 saniyə geridə 3-cü yeri tutub.
Keçən il burada poul qazanmış Karlos Sayns bildirib ki, Montsa trası çox dəyişib: “Çox gərgin və maraqlı cümə günü idi. Montsa trası çox dəyişilib. Çox fərqli kerblər və yeni asfalt qatı var.
Buna görə də əvvəlki illərə nisbətən çətinliklər və limitlər çox fərqlidir. Bolidin sazlanmalarını və təkər aşınmasını anlamaq üçün yeni ssenariyə uyğunlaşmalıyıq. Şənbə günü inkişaf etmək üçün görüləcək çox işimiz var, amma ümumilikdə həftəsonuna yaxşı başladıq”.
Şərh əlavə et