Kokpit.az bildirir ki, Norris, Elbon və Hülkenberqlə yanaşı, debütant Kolapitno sessiyanın əvvəlini qaçıbır. Qalanları isə Soft və Medium təkərlərlə trasa çıxıblar.
Digər seriyalarda baş tutan sessiyalardan sonra asfalt işlənmiş rezin qatı ilə daha çox örtüldüyündən, yolun vəziyyəti yaxşılaşıb və asfaltla ilişmə artıb. Trasdan çıxma halları dünənlə müqayisədə nəzərə çarpacaq dərəcədə az olub. Lakin yenə də sessiya səhvsiz ötüşməyib.
Kolapinto, Rassell, Piastri və Ferstappen Lesmo 2 döngəsinin çıxışında çınqıllıqla təmas ediblər. Peres ikinci döngəni, Stroll isə ikinci şikananı kəsib. Hər bir halda sürücülər yollarınad avam ediblər.
Piastri və Lekler insident yaşayıblar və stüardlar məsələni daha sonra araşdıracaqlar. Sessiya başa çatdıqdan sonra isə Maqnussenin maşını trasda qalıb və onu təxliyə etmək lazım olub.
Lyuis Həmilton bu dəfə də hamını üstələyib – 1:20.117. Görək, britaniyalı sürücü bu üstünlüyünü sıralanma turunda da davam etdirə biləcək?..
Şərh əlavə et