Kokpit.az xatırladır ki, cəmi iki həftə əvvəl Koenigsegg özünün Jesko Attack modeli ilə məhz Czinger 21C-ə aid rekordu yeniləmişdi. Jeskonun nəticəsi 1:24.86 idisə, indi Czinger 21C dövrəni cəmi 1:24.75 müddətində qət edib.
Qeyd edək ki, Czinger 21C 2020-ci ildə Londonda təqdim olunub. Maşının interyeri maraqlı tərtibata sahibdir – yeganə sərnişin oturacağı maşının düz mərkəzində yerləşən sürücü qoltuğunun arxasındadır.
Maşın 2.88 litrlik ikiqat turbinli V8 mühərriki ilə təchiz olunub və ona 3 elektrik motoru kömək edir. Güc qurğusu standart versiyada 1267 at gücü hasil edir, lakin 1373 at gücü olan versiyası da mövcuddur.
Şərh əlavə et