Kokpit.az xatırladır ki, britaniyalı sürücü son cəhdində komanda yoldaşı və Ferrari sürücülərini qabaqlayaraq Montsadakı sıralanma turunda üçüncü olub. O, sadəcə iki McLaren sürücüsündən geridə qalıb.
Mercedes komandasının sürücüsü Corc Rassell sıralanma turundan sonra hisslərini belə ifadə edib: “Əla idi. Üçüncü olmaq gözlədiyimdən yaxşı nəticədir, çünki birinci və ikinci sessiya çox çətin keçmişdi. Yenə də sona qədər səbr etdik. McLaren-dən çox geri qalmırıq. Onlar hazırda çox sürətlidirlər. Onlara çatmağa çalışırıq, amma üçüncü yerdə olduğum üçün çox sevincliyəm”.
Corc Rassell sabahkı yarış barədə də fikirlərini bildirib: “Məncə, mübarizə çox sıx olacaq. Hamı bir-birinə çox yaxındır. Bu, Formula 1 üçün həyəcan verici haldır. Hamımız bu mübarizəni gözləyirdik və əgər yaxşı iş görsək, qələbə üçün bir şansımız olacaq. Buna görə də sabah üçün çox həyəcanlıyam.
Bu gecə bir az pitsa yeyəcəm. Yaxşı qidalanacağam və sabah çəkimin yüngül olmaması üçün bir az çəki alacağam. Ümid edirəm ki, yaxşı mübarizə apara bilərik”.
Şərh əlavə et