Xəbəri Kokpitdə Oxuyun!

Audi ikisindən birini seçəcək

Audi komandasında gələn il Niko Hülkenberqin yanında yarışacaq ikinci sürücünün kimliyi yavaş-yavaş məlum olur. Bu ya Valtteri Bottas ya da hazırda Formula 2-də yarışan Qabriel Bortoleto olacaq.

Kokpit.az bildirir ki, 2025-ci ilin komanda heyətləri artıq məlum olur. Artıq son yer olan Sauber-də də suallara yavaş-yavaş aydınlıq gəlir. 

Audi siyahısındakı sürücülərin sayını artıq ikiyə endirib. Onlardan biri hazırda komandada çıxış edən Valtteri Bottasdır. Almanalar finıandiyalı sürücüyə 1+1 illik opsiyonlu müqavilə təklif ediblər. Əgər tərəflər razılaşsa, Bottas 2026-cı ildə də komandada qala bilər.

Valtteri Bottasın əlində hazırda başqa alternativ yoxdur. Eyni zamanda Sauber üçün də eyni hal keçərlidir. İsveçrə təmsilçisi 2025-ci il üçün Bottasdan başqa Qabriel Bortoleto ilə də danışıqlar aparır.

Bortoleto hazırda McLaren komandasının gənc sürücü proqramındadır. Lakin Britaniya komandasında hazırda boş yer yoxdur və Audi ona təklif versə, qəbul edə bilər. Lakin müqavilə üçün McLaren Audi-dən müəyyən məbləğ istəyə bilər.

Rauf Hacıyev

Şərh əlavə et