Kokpit.az xatırladır ki, Kimi Antonelli Montsadakı birinci sərbəst yürüşlərdə Corc Rasselli əvəz etmişdi. Lakin o, Parabolikada bolidin idarəetməsini itirirərək, bariyerlərə çıxpılmış və 45G-lik qüvvətə məruz qalmışdı.
İtalyan sürücünün belə böyük qəzası Mercedes üçün yaxşı xəbər deyil, ancaq onun qısa müddətli çıxışı potensialını gün üzünə çıxarıb. Əslində Kiminin qısa çıxışını təhlil edəndə və Montsa trasında son döngədəki idarəetməni itirməsini anlamağa çalışanda, onun həm təbii sürəti, həm də təcrübəsizliyi aşkar formada görünüb.
Mühəndislər sessiyadan sonra bərk əzilmiş W15-ə görə narahat olmayıblar. Onlar və komandanın baş idarəçiləri qəzadan əvvəl gördüklərindən böyük cəsarət alıblar. Komanda qəzanı təhlil edərkən görüblər ki, bolid və təkərlər Kimi Antonellinin sürətini götürə bilməyiblər.
Şərh əlavə et