Kokpit.az xatırladır ki, Monakolu sürücü daha əvvəl 2019-cu ildə Montsada Ferrari ilə qalib gəlib.
Şarl Lekler İtaliya Qran Prisindən əvvəl keçirilən mətbuat konfransında bildirib ki, Montsada Lyuis Həmiltonla bir yerdə yarışmaq onun üçün həyəcanverici olacaq: “Ferrari ilə Montsada – İtaliyada yarışmaq çox xüsusidir. İkonik yerdir və çox xüsusi bir hissdir. Lyuis də gələn il bunu təcrübə edəcək. Bunu bir yerdə yaşayacağıq. Əminəm ki, bu ikimiz üçün də xüsusi olacaq”.
Şarl Lekler son iki yarışda Ferrari-nin zəif çıxışına baxmayaraq, Montsadakı hədəflərini qələbə olduğunu deyib: “Hələ də qələbəyə hazır deyilik, amma bəzi şeyləri anlamışıq. Yüksək asfaltayatma qüvvəsi tələb edən traslarda normaldan daha yaxşı çıxış edirik. Bolid üzərində bəzi yeniliklərimiz var. Buna görə də son bir neçə yarışdan daha yaxşı nəticə qazanmağı ümid edirik”
Şərh əlavə et