Kokpit.az xatırladır ki, Red Bull komandası mövsümə yaxşı başlamış və ilk 5 yarışdan 4-də qalib gəlmişdi. Əksəriyyət düşünürdü ki, “qırmızı öküzlər” keçənilki kimi qələbələri sıralayacaqlar.
Lakin birdən birə McLaren cə Mercedes komandaları inkişaf edərək sürətləndilər və Red bull artıq 5 yarışdır ki, qələbə üzünə həsrət qalıb. Red Bull bu mövsüm gətirdiyi yeniliklərdə rəqiblərinə uduzur və bu da problemin təməl səbəbi olaraq görülür.
Red Bull komandasının rəhbəri Kristian Horner geriləmənin səbəbini açıqlayıb və qeyd edib ki, rəqiblərin ön qanad konseptlərində tapdıqları performans əsas səbəbdir: “Məncə, ön qanad digər komandaları sürətləndirən əsas sahələrdən biridir.
Ön qanadların istifadə qaydaları olduqca fərqlidir. McLaren və Mercedes-in ön qanad dərəcəlrəinə baxsanız, çox fərqli olduqlarını görəcəksiniz. Digər komandalardan çox fərqlidirlər”.
Kristian Hornerin bu sözündən belə çıxır ki, McLaren və Mercedes hazırda Red Bull-un istifadə etmədiyi üsullardan istifadə edir.
Xüsusən də, Mercedes komandasının 2022-ci ildə təqdim etdiyi və 2023-cü ildə texniki reqlamentə uyğunlaşdırılan qanadları McLaren də daxil olmaqla digər komandalar tərəfindən kopiyalanıb. Bu yeniliklə təkərin arxasında əmələ gələn hava axımının manimulyasiya edilməsi hədəflənir və bu da bolidin balansına, performansına təsir edir.
Bundan başqa Mercedes və McLaren-in ön qanadlarında qanadın stabil daxili hissəsi və hərəkətli qanadcıq arasındakı məsafə də fərqli formada düzəldilib.
Kristian Horner: “Görüləsi çox işimiz var, amma Niderlanddakı həftəsonundan çoxlu dərslər çıxardıq. Boliddə test etdiyimiz şeylərdən yaxşı məlumatlar topladıq. Bunlardan düzgün istifadə etməliyik. Məlumatları anlamaq və Montsda qələbə üçün yarışmalıyıq”.
Lakin Red Bull və McLaren arasında fəqin səbəbi doğrudan da ön qanaddırsa, bu problemin bir həftəsonunda həll olunması çətin məsələdir.
Şərh əlavə et