Kokpit.az xatırladır ki, həftəsonuna hazırlaşarkən Bernd Maylander trasın hazır olub-olmadığını yoxlamaq üçün Aston Martin-i ilə trasda sürərli dövrələr vurub. Lakin dövrələrin birində Paraboliakada maşının idarəetməsini itirib və bariyerlrə çırpılıb. Bu hadisə həftəsonunun ən çox danışlılan hadisəsi olub.
Təhlükəsizlik maşınının sürücü Bernd Maylander və yanındakı sərnişin qəzadan yara almadan qurtulsalar da, maşın ciddi formada xəsarət alıb və bu həftəsonu ondan istifadə mümkünsüz olacaq. Lakin bu hal həftəsonuna təsir etməyəcək. Aston Martin hər həftəsonuna iki təhlükəsizlik maşını ayırır. Buna görə də həmişə ehtiyatda bir maşın olur.
Montsada qəza edən maşının yerinə üçün təhlükəsizlik maşını gətirilib və bu maşın cümə günü trasa çatıb. Qəza edən maşın isə bərpa üçün ustaya aparılıb. Montsada şassi nömrəsi 3 olan maşından istifadə ediləcək.
Qəza zamanı hava yastığı açılmayıb, çünki yarış traslarında hava yastığının səhv zaamanda açılma riski çox yüksəkdir.
Maylanderin qəzasına əsas səbəb olaraq əyləc problemi göstərilir, amma hələ də rəsmi açıqlama yoxdur.
Qeyd edək ki. Bernd Maylander 2000-ci ildən FİA-da işləyir və təhlükəsizlik maşınını sürür. Bu onun ilk ciddi qəzası olub.
Şərh əlavə et