Xəbəri Kokpitdə Oxuyun!

Markes vətənində fırtına kimi başlayıb

Araqon trasında birinci sərbəst yürüşlər geridə qalıb və Mark Markes ən sürətli dövrəni vuraraq, birinci olub. Françesko Banyaya 21-ci yerdə qalıb. 

Kokpit.az bildirir ki, Mark Markes dəyişkən hava şəraitində yaxşı performans göstərən sürücülərdən biridir və birinci sərbəst yürüşlərdə birinci olub. Lakin o. 2022-ci ildəki yarışın ən sürətli dövrəsindən 2 saniyə geridə qalıb. 

Daha əvvəl Araqonda 5 dəfə qazanmış Mark Markes birinci sərbəst yürüşlərdə yerlisi Xorxe Maritni yarım saniyə qabaqlayıb. Martin isə 2024-cü ilin Ducatisini sürən sürücülər arasında ən yaxşı nəticəni qazanıb. Son Dünya Çempionu Françesko Banyaya və komanda yoldaşı Enea Bastyanini sessiya ərzində çətinlik çəkiblər. Banyaya bir neşə dəfə trasdan çıxaraq, Markesdən 1.9 saniyə geridə qalıb və 21-ci yeri tutub. Bastyanini isə 9-cu yeri tutub.

Tech3 GasGas komandasının sürücüsü Pedro Akosta isə Markesdən 0.6 saniyə geridə üçüncü olub. KTM RC16 sürən digər sürücü Bred Binder dördüncülüklə kifayətlənib.

Birinci sərbəst yürüşlərdə sürüşkən trasda KTM Aprilia-dan daha güclü olub. İtalyan istehsalçının ən yaxşı sürücüsü Migel Oliveira Trackhouse ilə yeddinci olub. VR46-dan Fabio Di Canantonio isə beşinci nəticə göstərib.

KTM komandasından Cek Miller isə səkkizindi yeri tutub. Franko Morbidelli isə  ilk onluğu qapadıb. O, Markesə 1 saniyədən az məsafədə olan son pilot olub.

Maverik Vinyales 12-ci olsa da, komanda yoldaşı Aleş esparqaroya nisbətən daha yaxşı performans göstərib. Esparqaro Markesdən 3 saniyə geridə qalaraq, sessiyanı sonuncu yerdə bitirib.

Rauf Hacıyev

Şərh əlavə et