Kokpit.az xatırladır ki, Lando Norris sonuncu Zandfort yarışında ən yaxın rəqibi Maks Ferstappenə 23 saniyə fərq ataraq qalib gəlib. Hazırda Mühəmdislər Kubokunda McLaren Red Bull-dan 30 xal, Norris isə Ferstappen 70 xal geridə qalır. Buna görə də həm McLaren-in, həm də Norrisin çempionluq ehtimalından artıq danışanlar var.
Yeddiqat Dünya Çempionu Lyuis Həmilton da bu barədə öz fikirlərini açıqlayıb: “Mövsümün sonuna qədər yığılacaq çox xal var. Buna görə də mümkünsüz deyil. Amma real danışsaq, Maksın hər yarış sadəcə ikinci olması bəs edir. Buna görə də Norrisin bəxtə ehtiyacı var.
Amma McLaren-in Mühəndislər Kubokunu qazanması doğrudan da hamını həyəcanlandırar”.
Bu həftəsonu Lyuis Həmilton birinci sərbəst yürüşlərdə çıxış etməyəcək və onu gənc istedad Andrea Kimi Antonelli əvəz edəcək.
39 yaşlı Həmilton gənc italyan barədə pozitiv sözlər danışıb: “Məncə, gənc sürücülərin daha çox yüksəldiyini görməyə başlayırıq. Onu inkişaf etdirmək üçün əla ortam var”.
Son olaraq Lyuis Həmilton W15 barədə fikirlərini bildirib: “Bolidin daha yaxşı olacağına ümid edirəm. Amma rəqiblərimiz də buraya yeniliklərlə gəlir. Buna görə də Ferrari-nin sürətli, McLaren-in isə çox sürətli olmasını gözləyə bilərik. Ümid edirəm ki, biz də onlarla mübarizə aparmaq gücündə olarıq”.
Şərh əlavə et