Kokpit.az xəbər verir ki, onlardan biri də Rasselli əvəz edən gənc Antonelli olub. İtalyan sürücü maşını elə zədələyib ki, onu hətta ikinci sessiyanın əvvəlinə də bərpa edib çatdırmaq mümkün olmayıb və Corc buna görə ikinci məşqlərdə 20 dəqiqə itirib.
Peres də maşının sazlanmalarında dəyişikliklər edildiyi üçün dərhal trasa çıxa bilməyib. Sarcenti bundan sonra əvəz edəcək Franko Kolapinto da trasın vəziyyətinə görə çox ehtiyatlı davranıb.
Havanın hərarəti nisbətən aşağı düşüb, asfalt işlənmiş rezin qatı ilə örtülüb. Sürücülər uzun dövrələrə üstünlük veriblər. Lakin demək olar ki, hər dövrədə kimsə səhvə yol verib. Uzun düzlükdə maşınlar yırğalanıb. Mercedes sürücüləri oturacağın çox qızmasından şikayətləniblər və bunu düzəltmək mümkün olmayıb.
Maqnussenin Lesmo 2-dəki qəzası 31-ci dəqiqədə qırmızı bayraqlara səbəb olub. Sürücü xəsarət almayıb, maşın təxliyə edilib və baryeri bərpa etmək lazım əglib. Fasilə 12 dəqiqə davam edib. Başqa ciddi hadisə baş verməyib.
Lyuis Həmilton protokollara başçılıq edib – 1:20.738. Məşqlər sabah gündüz davam edəcək.
Şərh əlavə et