Kokpit.az bildirir ki, niderlandlı sürücü tamamilə yeni ötürmələr qutusu və daxili komponentlərə keçib Bu, Maksın builki dördüncü ötürmələr qutusu və beşinci daxili komponent dəstidir.
Reqlamentə görə beşinci dəstə qədər cəza tətbiq edilmir, amma sonrakı dəyişiklikdə Maks Ferstappenə startda yer itirmək cəzası veriləcək.
Beləliklə, Maks Ferstappen bu dəyişiklikdən sonra limitə çatıb. Eyni hal onun komanda yoldaşı Serxio Peres üçün də keçərlidir, çünki o da beşinci daxili komponent dəstindən istifadə edir.
Hazırda Maks Ferstappen cəza almadan yarışa davam edə bilər, amma bir yarışda qəza etsə, vəziyyət onun üçün təhlükəyə girəcək.
Şərh əlavə et