Kokpit.az bildirir ki, Ferrari öz publikası önündə qələbə hədəfləyir. “Qırmızılar” Montsaya maraqla gözlənilən yeni altlığı və minimum asfaltayatma qüvvəsi istehsal edən aerodinamik paketi gətirib.
Bununla da italyanlar əvvəlki yenilik paketi ilə artan dalğalanma problemini həll etmək istəyirlər.
Montsaya gətirilmiş arxa qanad tamamilə yenidir və Spaya aparılan minimum asfaltayatma arxa qanadının yenilənmiş versiyası deyil. Qanadın üst tərəfi demək olar ki, düzdür. Belçiladakı qanad isə daha oval idi. Bundan başqa qanadın digər hissələrində də kiçik dəyişikliklər var.
Ferrari keçən il büdcə limitinə görə 2022-ci ildəkinə bənzər müvəqqəti versiya düzəltmişdi. Lakin bu dəfə həm ön, həm arxa qanadda minimum asfaltayatma qüvvəsi üçün dəyişikliklər edilib.
Yeni paketdə bir laylı tarazlayıcı qanad da var. Bundan başqa mühərriyə tələbkar olab Montsada hər iki Ferrari pilotu da yeni motora sahib olacaqlar.
Komanda yeni altlıqla maşının asfaltla ilişməsini yaxşılaşdırmağı hədəfləyir. Bu yeni altlıq hələ maşında olmasa da, cümə günü maşına quraşdırılması gözlənilir.
Şərh əlavə et