Xəbəri Kokpitdə Oxuyun!

F.Kolapinto: Həmişə hazır idim

Bu həftə Williams komandası ilə Formula 1-də debüt etməyə hazırlaşan Franko Kolapinto bildirib ki, həmişə F1-də yarışmağa hazır olub.

Kokpit.az xatırladır ki, Williams komandası bu həftə Loqan Sarcenti qovaraq yerinə öz yetirmələri olan Franko Kolapintonu gıtirib. Argentinalı pilotun debütü Montsa kimi əfsanəvi trasda baş tutacaq.

Franko Kolapinto Montsadakı mətbuat konfransında bildirib ki, bu xəbər gözlənilməz olsa da, həmişə Formula 1-də yarışmağa hazır olub: “Bazar ertəsi Formula 2 simulyatorunda idim. Montsadakı yarışa hazırlaşırdım. Bu transferin nə vaxt düşünüldüyünü bilmirəm, ancaq həmişə hazır idim və bu anı uzun müddət idi ki, gözləyirdim.

Williams ilə burada olmaq məni çox sevindirir. Onlar mənə çox dəstək verdilər və mənə təqdim etdikləri fürsət inanılmazdır. Silverstounda birinci sərbəst yürüşlərə qatılmış və orada əla performans göstərmişdim. Performansımdan çox razı qaldırlar və deyəsən ondan sonra ağıılarına düşmüşəm.

Bu gün burada – Montsada çox xüsusi həftəsonu üçün Formula 1-dəyəm. Buna görə də çox sevincliyəm. Bu böyük şansı verdikləri üçün Williams komandasına minnətdaram”.

Rauf Hacıyev

Şərh əlavə et