Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Montsa çətin keçəcək

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Montsa kağız üzərində onlar üçün əlverişli tras deyil.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü sonucu Zandfort yarışında 10-cu yeri tutaraq 1 xal qazanmışdı. 

İtaliyada mətbuat konfransında danışan Fernando Alonso bunları deyib: “Burası kağız üzərində bizim üçün ən yaxşı tras olmaya bilər, amma yenə də əlimizdən gələnin ən yaxşısını etməliyik.

Birinci sərbəst yürüşlərdə fərqli şeylər sınayacağıq. Bunlar sadəcə Montsa üçün yox, uzun müddətli bütün layihələr və bolidi anlamaq üçün də vacib olacaq. Yəni ki, bizi çox faydalı bir həftəsonu gözləyir. Sıralanma turunda və uarışda əlimizdən gələnin ən yaxşısını edəcəyik.
Bundan başqa böyük ümidlərlə gözlədiyimiz Zandfortdan cəmi bir xalla qayıtdıq və narahat olduğumuz Montsaya gəlmişik.  Yarışlarda həmişə gözlənilməz məqamlar olur. Buna görə də bizim üçün həftəsonu yaxşı keçməyə bilər. Yenə də kağız üzərində çətin bir yarış gözləyirik”.
Niderland Qran Prisində Fernando Alonso sıralanma turunda 7-ci olsa da, yarışda 10-cu yeri tutub 1 xala razı olmuşdu. Jurnalistlır bunun səbəbini soruşublar: “Bizim üçün hər şey aydındır. Sürət itirmirik. Sadəcə yarış tempimiz bu qədərdir.
Son 5 yarışda da tempimiz belə idi. Həmişə liderlə aramızdakı fərq eynidir. Öndəki yarışçılarla eyni məsafədəyik. Hər şey saniyənin 100-da 1-i ilə ölçülür. Biz də həmişə eyni templə gedirik. Sadəcə sıralanma turu bəzən gözlədiyimizdən bir az daha yaxşı olur”.
Fernando Alonso bildirib ki, sonrakı yarışlarda inkişaf etmək üçün əllərindən gələni edirlər: “Qətiliklə bunların üzərində işləyirik. Bəzi yeni detallar gətirəcəyik”.
İkiqat Dünya Çempionu əlavə edib ki, birinci sərbəst yürüşlərdə yerini Felipe Druqoviçə verməyi planlaşdırsa da, sonradan vəziyyət dəyişib: “Əvvəlcə bildiyimə görə birinci sessiyada yerimi Felipeyə verəcəkdim. Sonra gördük ki, yeni asfalt qatı düşündüyümüzdən bir az fərqlidir. Kerblər də əvvəlkindən çox fərqlənir. Buna görə komanda planı dəyişdirdi və indi deyəsən Meksikada sükan arxasına keçəcək”.

Rauf Hacıyev

Şərh əlavə et