Xəbəri Kokpitdə Oxuyun!

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.

Kokpit.az bildirir ki, bu səbəbdən, 31 avqust saat 08:00-dan etibarən axşam saatlarınadək Xəqani küçəsi Bülbül prospekti kəsişməsindən Puşkin kəsişməsinə qədər nəqliyyata məhdudiyyət tətbiq olunacaq.

Eyni zamanda, Əziz Əliyev küçəsi, İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti kəsişməsindən Əziz Əliyev Neftçilər prospekti kəsişməsinə qədər olan hissədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.

Rauf Hacıyev

Şərh əlavə et