Xəbəri Kokpitdə Oxuyun!

ABŞ-də ən sürətli zirehli maşın təqdim edilib

US Armor Group sonuncu təqdimatının dünyanın ən sürətli zirehli maşını olduğunu qeyd edib.

Kokpit.az xəbər verir ki, təqdim olunan zirehli Lucid Air Sapphire modeli tam ötürücülüdür və ümumi gücü 920 kVt (1251 at gücü) olan üç elektrik mühərriki ilə təchiz edilmişdir. Avtomobil 1,89 saniyəyə 100 km/saata qədər sürətlənir və bu ilin aprel ayında o, ¼ millik xüsusi hazırlanmış sürət zolağını 8,93 saniyəyə qət edərək istehsal sedanları üçün dünya rekordunu müəyyənləşdirib.

Bildirilir ki, zireh dəsti avtomobilin çəkisini cəmi 175 kiloqram artırır. Bununla belə, zirehli versiyanın maksimal sürəti 320 km/saatı keçir. Zirehli Lucid Air Sapphire alıcıya 475 min dollara başa gələcək.

Xatırladaq ki, bu ilin iyun ayında Cənubi Afrika Respublikasından olan SVI Engineering şirkəti AK-47-nin atışına tab gətirə bilən zirehli Volkswagen Golf avtomobilini təqdim etmişdi.

Elçin Zodorov

Şərh əlavə et