Xəbəri Kokpitdə Oxuyun!

L.Norris daha çox qələbə istəyir

McLaren komandasının sürücüsü Lando Norris İtaliya Qran Prisində qələbə qazanaraq, seriyasını davam etdirmək istəyir. 

Kokpit.az xatırladır ki, McLaren komandası son yarışlarda ideal formadadır. “Narıncılar” sonuncu Niderland yarışını Lando Norrislə qazanıb. Britaniyalı sürücü Zandfortdakı yarışda ən yaxın rəqibi Maks Ferstappenə 23 saniyə fərq atıb. 

Lando Norris Montsadakı yarışı barədə bubları deyib: “Montsaya yarış qalibi kimi gəldiyim üçün çox sevincliyəm. 2024-cü ilin ikinci yarısına əla başlanğıc etdik və həm sürücülər, həm də mühəndislər çempionatındakı fərqi azaltdıq. Bu performansımızı bu həftəsonu İtaliyada da davam etdirmək istəyirik.

Keçmişdə Montsada yaxşı nəticələr əldə etmişəm. Bura təqvimin ən sürətli trasıdır. Komanda olaraq yarış hazırlıqlarını tamamladıq və gələcəkdə daha çox qələbə qazanmaq üçün nələri daha yaxşı edə biləcəyimizi anlayırıq. Komandaya çoxlu xallar qazandırmaq üçün işləməyə davam edəcəyik”.

McLaren komandasının digər sürücüsü Oskar Piastri də Montsaya yüksək əhval-ruhiyyədə gəlir: “Komanda keçən həftə tətildən yaxşı formada qayıtdı və indi bu tempimizi Montsada davam etdirmək istəyirik.

Zandfortdakı yarışdan dərslər çıxardıq. Buna görə də öyrəndiklərimizi görək necə tətbiq edirik. Çox sürətli maşınımız var. Buna görə də maraqlı həftəsonu olacaq.

Aşağı seriyalarda yarışarkən Montsaya bir neçə dəfə getdim. Bu trasın belə sürətli olması xoşuma gəlir. Buradakı italyan azarkeşlər yaxşı ab-hava yaradırlar. Buna görə də onların önündə yaxşı performans göstərməyi səbirsizliklə gözləyirəm. Bu ikiyarışlıq müddəti mümkün qədər ən yaxşı formada bitirmək üçün əla fürsətimiz var”.

Qeyd edək ki, Oskar Piastri sonuncu Zandfort yarışında 4-cü yeri tutmuşdu.

 

Rauf Hacıyev

Şərh əlavə et