Kokpit.az xatırladır ki, Mattia Binotto Audi-nin Formula 1 proqramının rəhbəri olub, amma bu vəzifəyə artıq 1 aydır gəlsə də, hələ də Sauber-in boksunda görünməmişdi.
Sauber Qrupunun sabiq rəhbəri olan Andreas Zaydl bütün səlahiyyətlərini avqustun 1-də Mattia Binottoya vermişdi. Bundan başqa Zaydlın McLaren-dən transfer etdiyi texniki direktor Ceyms Kinin də gələcəyi müəmmalıdır.
Sauber komandası bu il uğursuz mövsüm kemirib və bu pis nəticələrdən sonra Kinin qalıb-qalmayacağı naməlumdur. Bundan başqa növbəti mövsümdə Niko Hülkenberqin komanda yoldaşının kim olacağı da məlum deyil. Ancaq əsas namizədlərin Valtteri Bottas və Mik Şumaxer olduğu deyilir.
Şərh əlavə et