Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin yeni ön qanadla gəlib

Aston Martin komandası uzun düzlüklərdə sürətini yaxşılaşdırmaq üçün Montsa trasına yeni bir ön qanadla gəlib. 

Kokpit.az bildirir ki, Montsa trası Formula 1 təqvimindəki ən az asfaltayatma tələb edən trasdır. Buna görə də komandalar həm ön qanadı, həm də arxa qanadı minumum asfaltayatma qüvvəsi istehsal etməsi üçün hazırlayırlar. 

Aston Martin-in Montsaya gətirdiyi yeni ön qanad da buna bir işarədir. Sürtünməni azalrmaq üçün qanadın dizaynında dəyişiklik edilib. Digər komandalarında ön qanadlarının bu gün üzə çıxması gözlənilir.

Qeyd edək ki, Aston Martin komandası sonuncu Zandfort yarışında Fernando Alonso ilə 10-cu yeri tutaraq 1 xala razı olub.

 

Rauf Hacıyev

Şərh əlavə et