Kokpit.az xatırladır ki, Mercedes Niderlandda son 5 yarışdakı ən pis yarışını keçirib. Corc Rassell yarışı 7-ci, Lyuis həmilton isə 8-ci yerdə bitirib. Bu isə o deməkdir ki, “gümüşü oxlar” Zandfortda ən sürətli dördüncü komanda idi.
Lakin Mercedes komandasının rəhbəri Toto Volff düşünür ki, onlr Montsada yenidən yaxşı nəticə qazanacaqlar: “Niderland Qran Prisinin nəticəsi bizi doğrudan da məyus etdi. Gölədiyimizdən daha zəif performans göstərdik.
Lyuis yaxşı yrışdı və xal qazana bildi, amma sıralanma turunda geridə qaldığı üçün çox yüksələ bilmədi. Corc təkər yeyilməsinə görə problemlər yaşadı. Buna görə də altılığa düşmək üçün tempi yox idi. Komanda hazırda bütün məlumatları təhlil edərək buna nəyun səbəb olduğunu anlamağa çalışır.
Şərh əlavə et