Kokpit.az xatırladır ki, Ferrari komandası mövsümün ilk 8 yarışından ikisində qalib gəlib. Lakin bundan sonra “qırmızlar”ın may ayında İspaniya Qran Prisinə gətirdikləri yeniliklər işləməyib. Bu yeniliklərdən sonra boliddə dalğalanma problemi başlayıb və onlar bəzi yarışlarda ən sürətli dördüncü komanda təəssüratı yaratmağa başlayıblar. İtalyanlar indi bu problemi həll etməyə çalışırlar.
Ferrari komandası bu həftəsonu Montsaya altlıq daxil olmaqla bpyek yenilik paketi ilə gəlir. Karlos Sayns ümid edir ki, komanda bu yeniliklərlə dalğalanma problemini həll edə biləcək: “Ümid edirəm ki, bu dalğalanmanın səbəbini anlayanda və ya kəşf edəndə hər şey düzələr. Lakin bunu anlamaq üçün bir addım geridəyik. Ümid edirəm ki, bu yeni altlıq və digər yeniliklərlə bu problemlər həll olunar və biz də bolidə ancaq asfaltayatma qüvvəsi əlavə edərik”.
Karlos Sayns bildirib ki, onlar Zandfortda dalğalanma problemini azaltmaq üçün bolidi yerdən yüksəldiblər. Bu isə Formula 1-in altlıq effekti dövründə sürətdən imtina etmək deməkdir. İspaniyalı pilot əlavə edib ki, sazlanmalar bir az problemli olub və buna görə də Niderland Qran Prisinin sıralanma turunda ikinci sessiyada ələnib.
Karlos Sayns Lando Norrisin 22 saniyə fərq ilə yarış qazanmasından narahat olduğunu da əlavə edib: “Bu, təkcə Ferrari üçün yox, hamı üçün əhval pozucudur. Lakin ən azından Red bull və Mercedes-dən geridə deyilik”.
Ferrari komandası Niderlandda Şarl Lekler ilə yarışa 6-cı yerdən başlayıb və podium qazanıb. Karlos Sayns isə 10-cu yerdən başladığı yarışda Serxio Peresi və iki Mercedes sürücüsünü qabaqlayaraq, 5-ci olub. “Qırmızılar”ın bu performansı əksəriyyəti təəccübləndirib.
Karlos Sayns: “Niderland yarışında bir Red Bull-u keçə bildik. Hətta yarışda bir McLaren-də çatdıq. Lando isə çox yaxşı həftəsonu keçirdi. Buna görə də tərifə layiqdir. Oskar 4-cü oldu. Yəni ki, McLaren hazırda fərqli liqada deyil. Məncə, Lando yaxşı yarış keçirdi”
Şərh əlavə et