Xəbəri Kokpitdə Oxuyun!

A.Elbon: Sarcentə edilən qəddarlıqdır

Williams komandası mövsümün bitməsinə 9 yarış qalmış Loqan Sarcenti göndərib və onun yerinə Franko Kolapinonu gətirib. 

Kokpit.az bildirir ki, Williams komandası Niderland yarışındakı qəzasından sonra Loqan Sarcenti göndərməyə qərar verib.

Loqan Sarent bu il xal qazana bilməyən 3 sürücüdən biridir. Buna baxmayaraq onun komanda yoldaşı Aleks Elbon gənc sürücüyə dəstək olub

Aleks Elbon komandasının bu addımını qəddarlıq adlandırıb və sabiq komanda yoldaşına mesaj göndərib. Həm də o bildirib ki, 2020-ci il mövsümünün sonunda Red Bull tərəfindən qovulub və 2022-ci ildə Williams ilə yenidən idmana qayıdıb.

Taylandlı pilot X sosial şəbəkəsi üzərindən bunları deyib: “Bu idmanın nə qədər qəddar olduğunu artıq bilirəm və Loqanın mövsümün ortasında komandadan ayrıldığını görmək çox çətindir.

Qardaşım, sən əlindən gələni etdin. Səninlə komanda yoldaşı olmaq zövq idi. Bundan sonra nə etsən də, bilirəm ki, uğurlu olacaqsan”.

Williams komandasının rəhbəri Ceyms Vavls bu qərar barədə belə danışıb: “Mövsümün ortasında sürücü dəyişdirmək elə-belə qərar deyil. Lakin mövsümün qalan yarışlarında xallar qazanmaq üçün ən yaxşı şansın bu olduğuna inanırıq.

Bolidə böyük yeniliklər gətirdik və orta qrupun belə yaxın olduğu vaxtda xal üçün əlimizə düşən bütün fürsətləri dəyərləndirməliyik. Bundan başqa Williams Sürücü akademiyasındakı pilotlara sərmayələr qoymuşuq və onlara inanırıq. Buna görə də Franko mövsümün qalan doqquz yarışında Formula 1-də öz potensialını göstərmək üçün əl fürsət qazanıb.

Loqan Sarcent isə Williams komandasında yarışdığı müddətdə əlindən gələni etdi və bu hal onun üçün çox çətindir. Lakin ona gördüyü işlərə görə təşəkkür etmək istəyirik. Loqan istedadlı sürücür və yarış karyerasına davam etməsi üçün onu dəstəkləyəcəyik.

Bilirəm ki, Frankonun yaxşı sürəti və potensialı var. Formula 1-də nələr edə biləcəyini görmək üçün səbirsizlənirik”

Loqan Sarcent isə ayrılışı barədə belə danışıb: “Formula 1-də yarışma fürsəti verdikləri üçün Williams komandasına minnətdaram. Gənc sürücü akademiyasına qatıldığım 2021-ci ildən bəri verilən dəstəyə görə minnətdaram.

Əbu Dabidə ilk dəfə Formula 1 bolidi sürməyim həyatımın ən önəmli anlarından biri idi. Keçən il Ostində xal aldım və Amerikada 30 ildən sonra xal qazanan ilk amerikan pilot oldum. Son iki mövsümdə belə böyük keçmişi olan komandanı təmsil etdim və çox qürurluyam.

İndi gələcəklə bağlı açıqlama vermədən əvvəl önümdəki alternativləri dəyərləndirəcəyəm. Hər şey üçün təşəkkür edirəm”.

 

 

Rauf Hacıyev

Şərh əlavə et