Xəbəri Kokpitdə Oxuyun!

Vavls: Sarcentin vaxtı gəlmişdi

Williams komandasının rəhbəri Ceyms Vavls bildirib ki, Loqan Sarcentlə yollarını ayırmaq doğru qərar olub.

Britaniya təmsilçisi artıq Loqan Sarcentin qəzalarından bezib və onlar Niderland yarışından sonra amerikalı sürücü ilə yolları ayırmaq qərarına gəliblər. Lakin Williams komandaı heç kimin gözləmədiyi halda növbəti yarışlarda test sürücüsü olan Franko Kolapintonu yarışdırmaq qərarına gəlib. 

Ceyms Vavls bu qərar barədə belə danışıb: “Mövsümün ortasında sürücü dəyişdirmək elə-belə qərar deyil. Lakin mövsümün qalan yarışlarında xallar qazanmaq üçün ən yaxşı şansın bu olduğuna inanırıq.

Bolidə böyük yeniliklər gətirdik və orta qrupun belə yaxın olduğu vaxtda xal üçün əlimizə düşən bütün fürsətləri dəyərləndirməliyik. Bundan başqa Williams Sürücü akademiyasındakı pilotlara sərmayələr qoymuşuq və onlara inanırıq. Buna görə də Franko mövsümün qalan doqquz yarışında Formula 1-də öz potensialını göstərmək üçün əl fürsət qazanıb.

Loqan Sarcent isə Williams komandasında yarışdığı müddətdə əlindən gələni etdi və bu hal onun üçün çox çətindir. Lakin ona gördüyü işlərə görə təşəkkür etmək istəyirik. Loqan istedadlı sürücür və yarış karyerasına davam etməsi üçün onu dəstəkləyəcəyik.

Bilirəm ki, Frankonun yaxşı sürəti və potensialı var. Formula 1-də nələr edə biləcəyini görmək üçün səbirsizlənirik”.

Rauf Hacıyev

Şərh əlavə et