Xəbəri Kokpitdə Oxuyun!

Sayns Ferrari-yə qapını bağlamır

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Ferrari-dən ayrılsa da, oraya geri qayıtmağı dəyərləndirəcək. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü 2024-cü ildə Lyuis Həmiltonun transferinə görə transferinə görə Ferrari-dən ayrılmalı olub. O, növbəti mövsümdən Williams komandasına keçəcək. 

Karlos Sayns: “Ferrari-də yarışdığım dörd ildən mənə 3 qələbə qaldı. Silverstoundakı ilk Formula 1 qələbəm, Sinqapur və Melburn… Hamısı çox gzözəl idi. Buna görə də narahat olmadan bu son 10 yarışın həzzini çıxarmağa çalışacağam, çünki sabah sizin başınıza nə gələcək bilmirsiniz.

Ferrari komandasının sürücüsü olmağın və daha 10 yarış Ferrari kombinezonu ilə yarışmağın həzzini çıxaracağam. Qalan yarışlarda bu prosesi ən yaxşı formada dəyərləndirəcəyəm.

Ortaqlığımızda hər şey yaxşı idi. Buna görə də ayrılmaq çox çətin olacaq. Sadəcə yeddiqat Dünya Çempionu olmuş bir sürücü yarış karyerasının sonunu Ferrari-də keçirmək üçün buradan ayrılıram. Yəni ki, Ferrari-dən daha yaxşı nəticələrlə, həm Fred, həm də Şarlla yaxşı münasibət qoyaraq, ayrılıram. Məncə, yaxşı komanda qurmuşduq. Birlikdə qələbələr və podiumlar əldə etdik. Bütün mühəndislərlə, tiffozi ilə yaxşı münasibət qurmuşduq.

Bu səbəbdən daha 5 ya da 10 il yarışacağımı düşünsək, Ferrari kimi komandaya kapını heç vaxt bağlaya bilməzsiniz”.

 

Rauf Hacıyev

Şərh əlavə et