Kokpit.az bildirir ki, Britaniya təmsilçisi artıq Loqan Sarcentin qəzalarından bezib və onlar Niderland yarışından sonra amerikalı sürücü ilə yolları ayırmaq qərarına gəliblər. Lakin Williams komandaı heç kimin gözləmədiyi halda növbəti yarışlarda test sürücüsü olan Franko Kolapintonu yarışdırmaq qərarına gəlib.
Qeyd edək ki, argentinalı sürücü daha əvvəl FW46-nı Britaniyadakı birinci sərbəst yürüşlərdə sürmüşdü. Kolapinto 43 nömrə ilə yarışacaq və 23 ildən sonra peletondakı ilk argentinalı pilot kimi çıxış edəcək.
Fabio qalan 9 yarışın hamısında yarışacaq və Aleks Elbon ilə birlikdə komandaya xallar qazandırmağa çalışacaq. Sarcent isə ilin qalanında komandada heç bir rola sahib olmayacaq.
Fabio Kolapinto təyinatı ilə bağlı təəssüratlarını belə bölüşüb: “Williams ilə Formula 1-dəki ilk yarışıma çıxmaq mənim üçün qürurvericidir. Komandanın əla keçmişi var və onların ön cərgələrə qayıtmaq üçün missiyaları var. Buna görə də onların bir parçası olmaq üçün səbirsizlənirəm.
Mövsümün ortasında Formula 1-ə gəlmək əla olacaq, amma bütün çətinliklər hazıram. Uğur qazanmaq üçün həm Alekslə, həm də komanda ilə bir yerdə əlimdən gəldiyi qədər çox işləməyə fokuslanacam”.
Bununla da Mik Şumaxerin idmana qayıdışı hələlik təxirə salınıb.
Şərh əlavə et