Kokpit.az bildirir ki, Niderlandda McLaren komandası rahatlıqla yarışı qazansa da, növbədəki Montsa yarışında güc balansının dəyişməsi gözlənilir.
Lando Norris Zandfortda Maks Ferstappen 22.9, Şarl Leklerə isə 25.4 saniyə fərq atıb.
İndi isə əksəriyyət düşünür ki, Ferrari ev yarışı olan Montsada böyük addımlar atacaq və buna görə də əsas favoritlərdən biridir.
2010-cu ildə Ferrari ilə Montsada yarışda qazanmış Fernando Alonso da İtaliyada sabiq komandasını favorit kimi görür: “Hazırda dörd komanda podium uğrunda mübarizə aparır. Bir az Mercedes komandası qeyri-stabil performans göstərsə də, McLaren, Red Bull və Ferrari hər həftəsonu podium üçün mübarizə aparırlar.
Məncə, növbəti iki yarışda Ferrari hamıdan sürətli olacaq. Onlar keçən il də İtaliya və Sinqapurda çox sürətli idilər.
Lekler bu il onsuz da Monakoda qalib gəlib. Buna görə də əsas favoritlərdən biri olacaq”.
Şərh əlavə et