Xəbəri Kokpitdə Oxuyun!

V.Bottas ümidlidir

Sauber komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Mattia Binottonun gəməsi ilə növbəti mövsümdə də komandada qalmağa ümid edir.

Kokpit.az xatırladır ki, növbəti mövsüm üçün Sauber bir sürücüsünü seçib. Bu, Niko Hülkenberqdir. İkinci sürücünün kim olacağı hələ məlum deyil, amma Valtteri Bottas əsas favoritlərdən biridir.

Hazırda Sauber komandası üçün namizədlər çox olsa da, Valtteri Bottas ümid edir ki, Binottonun komandaya rəhbər gəıməsi ilə o, komandada qala biləcək: “Spadan sonra Mattia Binotto ilə bir az danışdıq və söhbətimiz bu həftə də davam etdi. Hazırda vəziyyət belədir. Karlosun Williams-a getməsi mənim üçün yaxşı oldu. Bu yer üçün rəqiblərimdən biri də azaldı. Bu hal mənim şansımı artırdı.

Son 6 ayda komandanın mənimlə işləmək istəmədiyini anladım. Birinci sürücü ilə onsuz da müqavilə bağlayıblar.  Daha sonra komanda digər alternativlər üzərində təhlil aparmağa başladı. Bu müddət ərzində mənimlə çox az danışılırdı. Lakin son dövrlərdə işlər dəyişilib.

Komandada hər şey yenidən qurulmağa başladı və artıq dəqiq idarəçilik quruşulu var. Artıq kimin nə iş gördüyü məlumdur. Bu, irəliyə doğru atılmış müsbət bir addımdır. Mattia bizə çox güclü bir komandadan gəldi. Uğur qazanmaq üçün nə etməli olduğunu bilir və bu da gələcək üçün çox yaxşı bir şeydir.

Məni bir az tanıyır, amma artıq bir-birimizini daha yaxşı tanıyırıq. Keçmişdə rəqib idik, çünki mən Mercedes üçün yarışırdım. O isə Ferrari komandasının rəhbəri idi. Mattia mənə hörmət edir və mən də ona hörmət edirəm. Bu, danışıqlar üçün yaxşı bir haldır.

Hazırda avqust ayındayıq və ssentyabr ayına çox az qalıb. Məncə, müqavilə üçün nə qədər tez qərar versək, hər kəs üçün o qədər yaxşı olar. Hamı bu mövzuda ryni fikirdədir, amma bəzən belə hallar da olur”.

Rauf Hacıyev

Şərh əlavə et