Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Zandfortdakı yarışa 3-cü yerdən başlasa da, startda Corc Rassellin gerisinə düşüb. Piastri rəqiblərindən fərqli olaraq pitə hamıdan sonra gedib. Lakin yarışın geri qalanında da Şarl Leklerin arxasında ilişib qalıb və 4-cü yerə razı olub.
Oskar Piastri yarışdan sonra narazılığını gizlətməyib və bunları deyib: “Çirkli havada qaldım. Yəmiz havada olanda tempim yaxşı idi. 72 dövrədən 65-ni kiminsə arxasında keçirdim.
Bolidin tempini nəzərə alsaq, bu çox məyusedici hal oldu. Buna görə də mənim bu həftəsonundan gözləntim bu deyildi. Əksər şeyləri mütləq nəzərdən keçirməliyik”.
Şərh əlavə et