Kokpit.az bildirir ki, artıq ənənə halını alan yürüş qeydiyyatdan keçən klassik avtomobillərin, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələrinin Dənizkənarı Milli Parkda nümayişi ilə başlayıb.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər tanınmış şəxslər, səhər sakinləri iştirak edib. Klassik nəqliyyat vasitələri Dənizkənarı Bulvar – Neftçilər Prospekti -Ağ Şəhər-Heydər Əliyev Mərkəzi – Heydər Əliyev Prospekti – Hava limanı yolu- Zığ şossesindən keçməklə “Dreamland Golf Club”da finiş nöqtəsinə çatıblar.
Şərh əlavə et