Kokpit.az xatırladır ki, britaniyalı sürücü Niderlandda heç də yaxşı həftəsonu keçirməyib. O, əvvəlcə sıralanma turunda 12-ci yeri tutaraq, son sessiyaya çıxa bilməyib. Daha sonra isə Peresi əngəllədiyi üçün yarışın startında 3 yer itirmə cəzası alıb.
Yarışda isə 8-ci yeri tutaraq, 4 xala razı olub və komanda yoldaşı Corc Rassellin arxasında qalıb.
Yarışdan sonra danışan Luis Həmilton bildirib ki, W15-dən heç də razı deyil və bolid əvvəlki yarışlara nisbətən geridə qalıb: “Yarışda çox xoşbəxt idim. Qabağa gedirdim və doğru yöndə idim, amma heyif ki, çox geridən başladım. Corc kimi dördüncü yerdən başlasaydım, ən azından elə o yerdə bitirərdim. bəlkə daha da yaxşı performans göstərib podium qazanardım.
Ferrari-dən daha sürətli olub-olmadığımızı bilmirəm, amma tempimizin güclü olduğu bəzi yerlər var idi. Bolidin performansı son yarışa nisbətən yaxşı deyildi. Belçika yarışında daha çox tempimiz var idi. Niderlandda isə rəqiblərimizə yaxın idik, amma yenə də işlər istədiyimiz kimi getmədi”.
Şərh əlavə et