Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Səhv etdik

Mercedes komandasının sürücüsü Corc Rassell Niderland yarışından sonra performansının niyə düşdüyünü anlamır.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü cümə sərbəst yürüşlərinin ən sürətlisi idi. Lakin o, dördüncü yerdə başladığı yarışda istədiyi tempi tapa bilməyib və yekunda yeddinci yeri tutub.

Corc Rassell bildirib ki, W15 bütün təkər tərkiblərində zəif performans göstərib: “Doğrudan da nə baş verdiyini anlamıram. Üç təkər tərkibində də yavaş idik və yarış ərzində geriyə doğru getdik.

Yarışa dördüncü yerdən başladım. Öndəki üçlüyün düz arxasında idim. Ferrari-nin önündə idik, amma hər şey birdən tərsinə döndü.

Elə bil ki, maşında ilişmə yox idi. Buzun üzərində sürürmüş kimi hiss etdim. Qətiliklə bilirəm ki, bəzi şeylərdə səhv etdik”.

Rauf Hacıyev

Şərh əlavə et