Kokpit.az xatırladır ki, amerikalı sürücü Formula 1 karyerasına keçən il başlasa da, gözləntiləri qarşlaya bilmir. Onun Niderland Qran Prisinin üçüncü sərbəst yürüşlərdəki böyük qəzası belə görünür ki, komandanın səbir kasasını doldurub və bu qəza onun gələcəyinin üzərində ciddi təsir göstərə bilər.
Niderlandlı Formula 1 jurnalisti Erik Van Harenin iddiasına görə Williams komandasının rəhbəri Ceyms Vavls artıq alternativ sürücüləri dəyərləndirir. Hazırda ən real namizədlər isə Mik Şumaxer və Liam Lousondur.
Komanda hələ qəti qərar almasa da, Ceyms Vavlsın əsas favoriti Mik Şumaxerdir. İkinci seçim isə Red Bull Gənc Sürücü Akademiyasının yetirməsi Liam Lousondur.
Loqan Sarcent onsuz da gələn il Karlos Saynsın gəlməsi ilə Williams-dan gedəcəkdi. Amma belə görünür ki, amerikalı sürücünün Formula 1 karyerası vaxtından əvvəl bitəcək.
Şərh əlavə et