Kokpit.az xatırladır ki, meksikalı sürücünün komandadan göndərilməsi ilə bağlı iddialar olsa da, Red Bull şirkəti Belçika yarışından sonra toplantı etmiş və Çekonu ən az mövsümün sonuna qədər komandada saxlamaq qərarı almışdılar.
Komanda Peresə güvənib onu saxlamaq qərarına gəlib, amma hazırda McLaren komandası Mühəndislər Kubokunda Red Bull-dan sadəcə 42 xal geridə qalır. Buna görə də Çekonun mövsümün son 10 yarışında göstərəcəyi performans çox vacib olacaq.
Serxio Peres Niderland Qran Prisinin sıralanma turundan sonra danışıb və bildirib ki, mövsümün ikinci yarısı onlar üçün çox yaxşı keçəcək: “Tətil bizim üçün çox yaxşı keçdi. Axır ki, yaşadığımız problemləri anlaya bildik. Həftəsonu da bunu təsdiqlədi.
McLaren doğrudan da çox güclüdür, amma nəyə qadir olduğumuzu yarışda görəcəyik. Bolidlə bağlı çox şey anladığımızı düşünürəm. Həftəsonunun ən çox ümid verən hadisəsi də budur. Artıq doğru yöndə gedirik və hər şeyə daha doğru formada yanaşırıq.
Bizim üçün hər şey çox ümidvericidir. Buna görə də mövsümün ikinci yarısının bizim üçün daha yaxşı keçəcəyinə inanıram”.
Qeyd edək ki, Serxio Peres Niderlanddakı sıralanma turunda beşinci yeri tutub.
Şərh əlavə et