Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Fərq çoxdur

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Lando Norrislə arada olan 0.909 saniyəlik fərq çoxdur. 

Kokpit.az xatırladır ki, Ferrari komandası Monako yarışında qalib gəldikdən sonra inkişaf etməkdənsə, geriyə gedib. Onlar hazırda ən sürətli dördüncü komnadadırlar və Niderland Qran Prisi də onlar üçün ürəkaçan formada getmir. 

Komandanın bir sürücüsü Karlos Sayns 11-ci yeri tutaraq sıralanma turunun ikinci sessiyasından ələnib. Şarl Lekler isə poulda olan Lando Norrisdə 0.9 saniyə geridə qalaraq 6-cı yeri tutub. Bu isə Zandfort kimi qısa trasda çox böyük fərqdir.

Şarl Lekler: “Heyif ki, belə qısa trasa 0.9 saniyə geridə qalırıq. Bu doğrudan da çox böyük fərqdir. Komanda olaraq performansımızın az olduğunu bilirik. Buna görə də sona qədər işləyəcəyik.

Heyif ki, son bir neçə ayda özümü çox təkrarlasım, amma hazırda komanda olaraq bu yerdəyik. Bu fərqi mümkün qədər tez zamanda bağlamaq üçün əlimizdən gələn hər şeyi edirik. Ümid edirəm ki, bolidə gətirəcəyimiz yeniliklər ən qısa zamanda fərqin azalmasına kömək edər. İnkişaf etmək üçün özümüzə plan qurmuşuq. Sıralanma turunda çox çətinlik çəkdir, ancaq ümid edirəm ki, növbəti həftə keçiriləcək Montsa yarışından etibarən daha yaxşı yerdə olacağıq”.

 

 

Rauf Hacıyev

Şərh əlavə et