Kokpit.az xəbər verir ki, bu gün nəinki o yerini qoruyub, hətta yarış əsnasında 3 pillə yüksələrək podiumda öz yerini ala bilib.
Şarl Lekler: “Mən çox təəccübləndim! Adətənüçüncü yeri tutmaqdan həzz almıram, amma bu gün komanda üçün çətin həftəsonunda yarışdan və əldə etdiyimiz nəticədən çox razı qala bilərik. Problemlər cümə günü başladı və yarışa qədər davam etdi. Yarışda tempimiz daha sürətli idi və biz mükəmməl strategiyamızı həyata keçirə bildik.
İki rəqibi üstələdim və sonra onları arxamda saxlaya bildim. Biz həqiqətən güclü yarış keçirdik. Komanda üçün belə çətin həftəsonundan sonra podiuma çıxa biləcəyimi düşünmürdüm”.
Qeyd edək ki, bugünkü nəticələrdən sonra çempionatdakı üçüncülük uğrunda əsas rəqibi Oskar Piastriyə keçid vermədiyi üçün mövqeyini daha da möhkəmləndirib…
Şərh əlavə et