Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Maqnussen yarışa pit yolundan başlayacaq

Haas komandasının sürücüsü Kevin Maqnussen aldığı cəzaya görə Niderland yarışına pit yolundan başlayacaq. 

Kokpit.az bildirir ki, danimarkalı sürücünün maşınında bəzi detallar dəyişdirilib və buna görə də o, yarışa pit yolundan başlayacaq.

Qeyd edək ki, daha əvvəl Aleks Elbon sıralanma turunda diskvalifikasiya edilmiş və Lyuis Həmilton isə yarışın startında 3 yer itirmək cəzası almışdı. Bununla da Kevin Maqnussen bu həftəsonu cərimələnən üçüncü pilot olub.
Haas komandası Kevin Maqnussenin maşınında batareya və elektronika idarəetməsini dəyişdirib. Bu isə o deməkdir ki, 31 yaşlı pilot yarışa pit yolundan başlayacaq.
Qeyd edək ki, Kevin daha əvvəl icazə verilən sayda batareya və elektronika idarəetməsindən istifadə edib və buna görə də bu həftəsonu cərimələnib.
Xatırladaq ki, Kevin Maqnussen sıralanma turunda 15-ci olsa da, Elbonun doskvalifikasiyası və Həmiltonun cəzasına görə 13-cü yerə yüksəlmişdi.

Rauf Hacıyev

Şərh əlavə et