Xəbəri Kokpitdə Oxuyun!

Niderland 2024 – Norris əzəli rəqibinin vətənində qazanıb

Yay tətili elə keçib ki, sanki heç olmayıb. Mübarizə qaldığı yerdən davam edib. Zandfortda cümə və şənbə günlərində yağış olsa da, bazar günü hava quru asfaltda mübarizəyə imkan verib.

Kokpit.az xatırladır ki, cümə günü ilk məşqlərdə Lando Norris, ikinci məşqlərdə isə Corc Rassell hamıdan sürətli olub. Dünənki son sərbəst yürüşlərdə isə Pyer Qasli protokollara başçılıq edib. Poul uğrunda mübarizə gərgin alınsa da, yekunda Lando kifayət qədər böyük fərqlə poulun sahibi olub.

Pirelli bura ən sərt tərkibləri – C1, C2 və C3 təkərlərini gətirib. Yarışa başlamaq üçün Tsunoda, Həmilton və Bottas yumşaq, Maqnussen sərt, qalan bütün sürücülər isə orta təkərləri seçiblər. Norris və Ferstappen ilk, Piastri və Rassell ikinci, Peres və Lekler isə üçüncü cərgədən yarışa başlayıblar.

Yarışın startında Maks Ferstappen daha yaxşı tərpənərək liderliyə yüksəlib. İkinci cərgədə isə Corc Rassell üçüncü yerdəki Oskar Piastrini geridə qoyub. Üçüncü cərgədə də yer dəyişikliyi olub – Şarl Lekler Serxio Peresi keçib.

Arxa tərəfdə də bəzi dəyişikliklər olub. Yarışa 9-cu yerdənyerdən başlayan Pyer Qasli 7-ci yerə, 10-cu yerdən başlayan Karlos Sayns 8-ci yerə yüksəliblər. 14-cü dövrədə Lyuis Həmilton Ləns Strollu keçərək, 10-cu pilləyə yüksəlib. 15-ci dövrədə Niko Hülkenberq və Yuki Tsunoda pitə gediblər. Tsunoda Soft təkərdən Medium təkərə keçib. Hülkenberq isə Medium təkərdən Hard təkərə keçib.

16-cı dövrədə Valtteri Bottas pitə gedib və Aleks Elbon yeni Hard təkərlərlə sürətli dövrə vurub. Bu anda Lando Norris lider Maks Ferstappenlə fərqi azaldıb və ona hücumlar edib. 17-ci dövrədə Lando Norris start finiş düzlüyündə Maks Ferstappeni keçərək, yarışın yeni lideri olub. 20-ci dövrədə ilk onluq: Norris – Ferstappen – Rassell – Piastri – Lekler – Peres – Sayns – Qasli – Həmilton – Alonso.

21-ci dövrədə Lyuis Həmilton Pyer Qasliyə hücumlar edib, amma rəqibini keçə bilməyib. 22-ci dövrədə Şarl Lekler 4-cü yerə yüksəlməl üçün Oskar Piastriyə hücumlara başlayıb və bu anda Lando Norris Maks Ferstappenlə fərqi 2.2 saniyəyə çatdıraraq, liderliyini möhkəmlədib. Yarışda 23 dövrə geridə qalsa da, ilk onluqdan heç kim pit-stopa getməyib. Yarışın 24-cü dövrəsində Lyuis Həmilton pitə gedib. Britaniyalı sürücü Soft rəkərdən Hard təkərə keçib və 9-cu yerdən 16-cı yerə düşüb.

25-ci dövrəsə isə Şarl Lekler pitə gəlib. Monakolu pilot Medium təkərdən Hard təkərə keçib və 5-ci yerdən 9-cu pilləyə düşüb. 26-cı dövrədə isə 3-cü yerdəki Corc Rassell pitə gəlib. Komandası ona 3.4 saniyəlik yavaş pit-stop edib və buna görə də trasa Leklerin gerisində qayıdıb. Yarışın 28-ci dövrəsində yerli qəhrəman Maks Ferstappen pitə gəlib və problemsiz pit-stopdan sonra trasa 5-ci yerdə qayıdıb.

Maksdan bir dövrə sonra yarışın lideri Lando Norris pitə gəlib. Pit-stopda bir qədər ləngisə də, gözlənildiyi kimi trasa Maks Ferstappenin önündə qayıdıb. Britaniyalı pilot elə Maks Ferstappen kimi Hard təkəri götürüb. 30-cu dövrədə isə Serxio Peres pitə gəlib. O 4.4 saniyəlik ləng pit-stopdan sonra Hard təkərlə 9-cu yerdə trasa qayıdıb. 31-ci dövrədə isə Karlos Sayns pitə gəlib. Problemsiz pit-stopdan sonra Hard təkərlə Serxio Peresin arxasında trasa qayıdıb. İki sürücünün arasındakı fərq 1.2 saniyə olub.

32-ci dövrədə Fernando Alonso, 33-cü dövrədə isə Pyer Qasli pitə gəliblər. 34-cü dövrədə isə nəhayət ki, Oskar Piastri də pitə gəlib. O, Medium təkərdən Hard təkərə keçib və trasa 5-ci yerdə qayıdıb. Yarışın 40-cı dövrəsində isə Oskar Piastri 4-cü yer uğrunda mübarizədə Corc Rasselli geridə qoyub. Bu anda Haas komandasından Kevin Maqnussen yavaşlayıb və arxasındakı rəqibləri önə buraxmağa başlayıb. Ləns Stroll isə pit yolunda sürət həddini aşdığı üçün 5 saniyə cərimələnib. Bundan sonra Maqnussen pitə gedərək, Medium təkərlərə keçib.

Daha təzə təkərlərə sahib olan Oskar Piastri Corc Rasselli geridə qoyduqdan sonra üçüncü yer uğrunda mübarizə üçün Şarl Leklerə yaxınlaşmağa başlayıb. Yarışın 46-cı dövrəsində Oskar Piastri Şarl Leklerin DRS məsafəsinə çatıb. 47-ci dövrədə Karlos Sayns uzun müddət etdiyi hücumlardan sonra Serxio Peresi keçib və 6-cı yerə yüksəlib.

Yarışın 49-cu dövrəsində Həmilton ikinci dəfə pitə gəlib. Britaniyalı sürücü son 24 dövrə üçün Soft təkərləri götürüb. Corc Rassell də ikinci dəfə pitə gəlib və o da komanda yoldaşı kimi Soft təkərləri götürüb. Britaniyalı sürücü Serxio Peresin gerisinə – 7-ci yerə düşüb. 60-cı dövrədən sonra ilk onluq: Norris – Ferstappen – Lekler – Piastri – Sayns – Peres – Rassell – Həmilton – Qasli – Hülkenberq.

Sonrakı dövrələrdə maraqlı bir hadisə baş verməyib.

Lando Norris çempionatdakı əsas rəqibi Maks Ferstappenin vətənində yarışı qazanıb. Lando mövsümdə və karyerasında ikinci dəfə qələbəyə sevinib. O, həm də sürətli dövrəni də vuraraq Zandfortda mümkün maksimum 26 xalın hamısını qazanıb. Bununla da Maksla fərqi 70 xala endirib. Podiumu Ferrari komandasından Şarl Lekler tamamlayıb. McLaren komandasının digər sürücüsü Oskar Piastri 5-ci, Karlos Sayns 6-cı, Serxio Peres 6-cı olublar. Mercedes komandasının sürücüləri Corc Rassell və Lyuis Həmilton müvafiq olaraq 7 və 8-ci yerdə qərarlaşıblar. Onluğu isə Pyer Qasli və Fernando Alonso bağlayıb.

Çempionat növbəti həftə “Sürətin Məbədi”ndə – Montsada davam edəcək.

Sıra Sürücü Komanda Vaxt Pit
1 Lando Norris McLaren 1:30:45.519 1
2 Maks Ferstappen Red Bull +22.896 1
3 Şarl Lekler Ferrari +25.439 1
4 Oskar Piastri McLaren +27.337 1
5 Karlos Sayns Ferrari +32.137 1
6 Serxio Peres Red Bull +39.542 1
7 Corc Rassell Mercedes +44.617 2
8 Lyuis Həmilton Mercedes +49.599 2
9 Pyer Qasli Alpine +1 dövrə 1
10 Fernando Alonso Aston Martin +1 dövrə 1
11 Niko Hülkenberq Haas +1 dövrə 1
12 Daniel Rikkardo RB +1 dövrə 1
13 Ləns Stroll* Aston Martin +1 dövrə 1
14 Aleksander Elbon Williams +1 dövrə 2
15 Esteban Okon Alpine +1 dövrə 1
16 Loqan Sarcent Williams +1 dövrə 1
17 Yuki Tsunoda RB +1 dövrə 2
18 Kevin Maqnussen Haas +1 dövrə 1
19 Valtteri Bottas Sauber +2 dövrə 2
20 Quanyu Çjou Sauber +2 dövrə 2

 

*- Pit yolunda sürət həddini keçdiyi üçün Ləns Strollun nəticəsinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Lando Norris (McLaren) – 1:13.817 (72-ci dövrə, 207.708 km/s).

 

 

SÜRÜCÜLƏR ÇEMPİONATI

Sıra Pilot Komanda Xal
1 Maks Ferstappen Oracle Red Bull Racing 295
2 Lando Norris McLaren F1 Team 225
3 Şarl Lekler Scuderia Ferrari 192
4 Oskar Piastri McLaren F1 Team 179
5 Karlos Sayns Scuderia Ferrari 172
6 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 154
7 Serxio Peres Oracle Red Bull Racing 139
8 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 122
9 Fernando Alonso Aston Martin Aramco F1 Team 50
10 Ləns Stroll Aston Martin Aramco F1 Team 24
11 Niko Hülkenberq MoneyGram Haas F1 Team 22
12 Yuki Tsunoda Visa Cash App RB F1 Team 22
13 Daniel Rikkardo Visa Cash App RB F1 Team 12
14 Pyer Qasli BWT Alpine F1 Team 8
15 Oliver Birman Scuderia Ferrari 6
16 Kevin Maqnussen MoneyGram Haas F1 Team 5
17 Esteban Okon BWT Alpine F1 Team 5
18 Aleksander Elbon Williams Racing 4

 

 

MÜHƏNDİSLƏR KUBOKU

Sıra Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 434
2 McLaren F1 Team Mercedes 404
3 Scuderia Ferrari Ferrari 370
4 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 276
5 Aston Martin Aramco F1 Team Mercedes 74
6 Visa Cash App RB F1 Team Honda RBPT 34
7 MoneyGram Haas F1 Team Ferrari 27
8 BWT Alpine F1 Team Renault 13
9 Williams Racing Mercedes 4

 

Rauf Hacıyev

Şərh əlavə et