Kokpit.az bildirir ki, Ferstappen yarışdan sonra maşının sürətinin qələbə üçün kifayət etmədiyini deyib. O, finiş xəttini Norrisdən 23 saniyə sonra keçə bilib.
Maks Ferstappen: “Siz həmişə ən yaxşı nəticə üçün çalışırsınız. Yaxşı başladım və əlimdən gələni etməyə çalışdım, lakin yarış irəlilədikcə kifayət qədər sürətli olmadığımız aydın oldu. Buna görə də yarışımı davam etdirməyə və ikinci bitirməyə çalışdım. Yaxşı start aldım və əmin idim ki, bu gün də hər şey yaxşı olacaq. Xoşbəxtlikdən, belə də oldu. Daha sonra öz sürətimlə getməyə çalışdım, bu o demək idi ki, bu gün ikinci oldum”.
Qeyd edək ki, bugünkü yarışın nəticələrindən sonra sürücülər çempionatındakı xak fərqi bir qədər azalsa da, sona 9 yaş qalmış, niderlandlı sürücü 70 xal fərqlə inamla cədvələ başçılıq edir.
Şərh əlavə et