Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Zandfortdakı sıralanma turunda 11-ci yeri tutaraq, ikinci sessiyada ələnib.
Karlos Sayns ötürmələr qutusundakı problemlərə görə ikinci sərbəst yürüşlərdə ötürmələr qutusuna görə quru hava şəraitində maşın sürə bilməmişdi. Karlos bildirib ki, keləkli və dəyişkən tras şəraiti onun performansına mənfi təsir edib: “Normalda temp qazanmaqda çox yaxşıyam və ümid edirdim ki, üçüncü sessiyaya qalacağam. Ancaq üç həftə idi ki, maşına toxunmurdum və cümə günü quru havada maşın sürə bilmədim. Zandfort kimi trasda Soft təkərləri test edə bilmədik.
Sessiya ərzində balans problemləri oldu. Bundan başqa kelək və trasın maşınımıza uyğun olmaması kimi faktorlar da bir araya gəldilər. Bundan sonra anladım ki, üçüncü sessiyaya çıxmaq üçün çox pozitiv düşünürəm.
Bolidin sazlanmalarını tam olaraq anlaya bilmədik. Xüsusən də ikinci sessiyada Soft təkərlə necə işləyəcəyimi bilməməyimin cəzasını ödədim”.
Qeyd edək ki, dünən Aleks Elbonun altlığa görə diskvalifikasiya olunmasından sonra Karlos Sayns startda 1 yer qazanıb və o, yarışa 10-cu yerdən start verəcək.
Şərh əlavə et