Kokpit.az xatırladır ki, Maks Ferstappen Zadfort trası təqvimə ayıtdığı 2021-ci ildən bəri burada keçirilən bütün yarışları qazanıb. Niderlandlı sürücü bu il doğma publikası önündə ardıcıl 4-cü qələbəsini qazanmaq istəyir. Lakin üçqat Dünya Çempionunun işi bu il elə də asan olmayacaq, çünki o, sıralanma turunda Lando Norrisdən 0.3 saniyə geridə qalaraq, ikinci olub.
Zandfort trası isə boldöngəli və dar trasdır. Buna görə də burada ötmələr etmək əksər hallarda çətin olur
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko da boldirib ki, Zandfortda ötmə etmək çox çətin olacaq: “Sərbəst yürüşlər bir az problemli keçdi. Lakin ondan sonra doğru yöndə getdiyimizi düşünürəm.
Şərh əlavə et