Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Maşın güclənməyib

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, AMR24 kənardan baxanda əvvəlkinə nisbətən güclü görünsə də, əslində vəziyyət fərqlidir. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Niderlanddakı sıralanma turunda əlindən gələni edib və yekunda yeddinci yeri tuta bilib. 

Lakin sıralanma turundan sonra danışan Fernando Alonso bildirib ki, küləkli havada keçən sessiyada boliddən maksimum performans çıxarıb, amma yarış üçün hər şey müəmmalıdır: “Daxildə belə hiss etmirik, amma kənardan baxanda bolidin daha yaxşı olduğu ilə bağlı bir təəssürat yaranır. Lakin hamı üçün çox çətin bir həftəsonu keçir.

Boliddə özümüzü rahat hiss etmədik, çünki külək güclü əsir və tez-tez yön dəyişdirir. Bu halla hamı qarşılaşdı. Xüsusən də 9 və 10-cu döngələrdə vəziyyət çox çətin idi. Hər dövrədə fərqli bir balans və fərqli davranış göstərən maşınımız var idi. Mənim ən bəxtəvər dövrəm isə sıralanma tunun üçüncü sessiyasında oldu, çünki daha az külək hiss etdim. Bunun hesabına maşını yeddinci yerə yerləşdirə bildim. Ümumilikdə isə çox çətin sıralanma turu oldu. Bundan yaxşısını etmək mümkünsüz idi”.

Rauf Hacıyev

Şərh əlavə et