Kokpit.az xatırladır ki, McLaren komandası mövsümün ikinci yarısının ilk mərhələsi olan Niderland Qran Prisinə ən çox yenilik gətirən komanda olub. “Narıncılar” Zandfort trasına yeni ön əyləc kəfkiri, ön asılqan, altlıq kənarı, arxa asılqan, arxa qanad, tarazlayıcı qanad yenilikləri ilə gəliblər.
Belə görünür ki, bu yeniliklər çox yaxşı işləyib. Lando Norris ən yaxın rəqibi Maks Ferstappen 0.354 saniyə fərq ataraq, poul qazanıb. Oskar Piastri isə üçüncü yeri tutub.
McLaren komandasının rəhbəri Andrea Stella bildirib ki, mqşın bu həftəsonu dəyişən hava şəraitində çox yaxşı performans göstərib və bunda yeniliklərin böyük təsiri olub: “Barselona və Macarıstan kimi traslarda bolidimiz çox yaxşı işləyir. Bundan başqa bu həftəsonu gətirdiyimiz yeniliklər də performansımıza çox güclü qatqı verdi.
Buna görə də əla iş görən bazadakı işçilərimizə çox böyük təşəkkür edirəm. Artıq tamamilə yarışa hazırlanmağa başlamışıq”.
Şərh əlavə et