Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Həmilton cərimələnib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Niderland Qran Prisinin sıralanma turunda Serxio Peresi əngəllədiyi üçün yarışın startında 3 yer itirəcək. 

Kokpit.az bildirir ki, Britaniyalı sürücü sıralanma turunun birinci sessiyasında 9-cu döngədə Serxio Peresi əngəlləyib. Bu insident stüardlar tərəfindən not edilib. 

Lyuis Həmilton sürətli dövrədən sonra soyuma dövrəsində Peresin ötməsinə icazə vermək üçün yavaşlayıb və trasın sol tərəfinə keçməyə çalışıb. Lakin Serxio Peres yarış trayektoriyasında əngəllənib.

Peres bundan sonra radiodan Həmiltona axmaq deyib. Bundan sonra stüardlar yeddiqat Dünya Çempionunu yanlarına çağırıblar. Onlar Həmiltonu dinlədikdən sonra ona yarışın startında 3 yer itirmək çəzası veriblər. Beləliklə,  britaniyalı sürücü 12-ci yerdən 15-ci yerə geriləyib.

Rauf Hacıyev

Şərh əlavə et