Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri qələbəyə inanır

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, Niderland Qran Prisində yarış qazana bilər. 

Kokpit.az xatırladır ki, avstrqaliyalı sürücü Zandfortdakı sıralanma turunda üçüncü yeri tutub. O, Lando Norris və Maks Ferstappendən sonra yarışa ikinci cərgədən başlayacaq.

Buna baxmayaraq Oskar Piastri özünə inanır və yarış tempinin yaxşı olduğunu düşünür: “Maşın bu həftəsonu çox yaxşı idi. Bir az da yuxarı pillələrdə ola bilərdim və buna görə də məyusam. Lakin maşın güclüdür.

Peleton bir-birinə çox yaxındır. Bolidə gətirdiyimiz yeniliklər bizim üçün müsbət haldır. Yarış tempində tempimiz yaxşı görünür və son bir neçə həftəsonunda çox sürətli idik. Buna görə də qələbə qazanmaq şansımız var”.

 

Rauf Hacıyev

Şərh əlavə et