Kokpit.az xatırladır ki, daha əvvəl öz vətənində 3 yarış qazanmış Maks Ferstappen bu həftəsonuna nisbətən zəif başlayıb. O, birinci sərbəst yürüşlərdə ikinci, ikinci sərbəst yürüşlərdə isə beşinci yerləri tutub.
Niderland Qran Prisinin cümə sərbəst yürüşlərindən sonra vəziyyəti dəyərləndirən Maks Ferstappen bildirib ki, Red Bull-un geriləməsi davam edir: “Təbii ki, birinci sərbəst yürüşlərdə çox sürmədik, amma ikinci sərbəst yürüşlərdə hava düzəlmişdi. Bunun hesabına harada olduğumuzu bir az görə bildik.
Sıralanma və yarış tempində istədiyimiz kimi deyildik və hazırda bunu necə inkişaf etdirəcəyimizi bilmirik. Bunun üçün çox işləyəcəyik. Son yarışlarda da bu vəziyyətdə idik. Buna görə heç təəccüblənmədim. Ancaq sıralanma turundan əvvəl tempimizi bir az da yaxşılaşdırmalıyıq”.
Şərh əlavə et