Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen ikincilikdən razıdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen vətənindəki sıralanma turunda ikinci olduğu üçün sevinclidir. 

Kokpit.az xatırladır ki, Nidelrandlı sürücü öz vətənində son cəhdlərdən sonra qısa müddət də olsa liderliyə yüksəlib, amma Lando Norris 0.3 saniyə fərq ataraq poulu götürüb və yerli publikanı susdura bilib. 

Maks Ferstappen ikinci yeri tutduğu sıralanma turundan sonra bunları deyib: “Bütün sıralanma turu ərzində tempimiz zəif idi. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Yenə də ön sıralarda olduğum üçün sevincliyəm.

Hava küləkli idi. Buna görə də çətin oldu. Külək çox sərt idi. Bu səbəbdən hər dövrə də fərqli hiss etdik. Belə olan halda əlinizdə meyar nöqtəsi də olmur. İkinci yeri tutduğum üçün sevincliyəm. Dünəndən sonra çox yaxşı nəticə oldu”.

Zandfort trası təqvimə qayıtdıqdan sonra Maks Ferstappen buradakı bütün yarışları qazanıb. Bu seriyanın davm edib-etməyəcəyi ilə bağlı suala üçqat Dünya Çempionu belə cavab verib: “Əlimizdən gələni edəcəyik, amma sıralanma turunda 0.3 saniyədən çox geridə qaldır. Realist olmaq lazımdır. mən sadəcə yaxşı yarışmağa çalışacağam”.

Rauf Hacıyev

Şərh əlavə et